Bu gün daha 13 ailə - 46 keçmiş məcburi köçkün Laçın şəhərinə yola salınıb.
Teleqraf.com xəbər verir ki, növbəti köç karvanı Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən olub.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.