10 Sentyabr 2023 12:08
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 10-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.

Xidmətdən Teleqraf.com-a bildirilib ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunub.

Düşən yağıntının miqdarı: Qaxda 17 mm, Qubada 15 mm, Qusarda 14 mm, Kürdəmir, Oğuzda 10 mm, Qobustan, Gədəbəydə 9 mm, Daşkəsən, Ağdam, Şamaxı, Göygöl, Tərtər, Zərdab, Qəbələ, Göyçay, Şabran, Astara, Naftalan, Zaqatala, Şəmkir, Ordubad, Yevlax, Bərdə, Beyləqan, Şahbuz, Naxçıvan, Sədərək, Balakən, Mingəçevir, İmişli, Salyan, Sabirabad, Biçənək, Gəncə, İsmayıllı, Altıağac, Xaltan, Şahdağ, Cəfərxan, Biləsuvar, Yardımlı, Lənkəranda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.

Külək: Qərb küləyi arabir Zaqatalada (Əlibəydə) 34-40 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Mingəçevirdə 21 m/s, Şəki, Şahdağda 20 m/s, Bərdə, Naxçıvan, Goranboy, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər