Milli Məclisin Mədəniyyət komitəsinin sədri, mərhum deputat Qənirə Paşayeva xatirəsi parlamentin payız sessiyasının ilk plenar iclasında bir dəqiqəlik yad edilib.
Teleqraf.com xəbər verir ki, iclasda həmçinin mərhum deputat Madər Musayevin də xatirəsi anılıb.
Qeyd edək ki, sentyabrın 23-də səhhətində yaranan ciddi problemlərlə əlaqədar Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirən Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. Madər Musayev isə bu il iyulun 14-də dünyasını dəyişib.