6 Oktyabr 2023 17:54
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yenikənd və Qırmızı Şəfəq kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, vətəndaş qəbulunda rayon icra başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Yenikənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək Yenikənd və Qırmızı Şəfəq kəndləri haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “Ümummilli Lider Heydər Əliyev Azərbaycan müəllimini milli sərvət hesab edirdi” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Ulu öndər ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsinə göstərilən xüsusi diqqət və qayğıdan, Heydər Əliyevin müəllimlərə olan xüsusi diqqəti və qayğısından, təhsil sahəsində görülən işlər görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə çıxış edən Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsində iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan söz açıb. O bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ildə düşmənin təxribatı zamanı qəhrəmancasına döyüşən hərbiçilərimiz ordumuz üçün əhəmiyyətli yüksəkliklər əldə edib. İcra başçısı düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərdən, eləcə də yaralan hərbiçilər haqqında məlumat verib. Mirhəsən Seyidov şəhid ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.

RİH-in başçısı qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini daim yüksək qiymətləndirib, onların maddi rifah halının qayğısına qalıb.

Çıxışında Heydər Əliyevdən sitat gətirən icra başçısı deyib: “Ulu öndər deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, səbirlə bizə öyrədib və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.

RİH-in başçısı bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əsgər və zabitlərin, xalqın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. O, işğaldan azad olunan ərazilərdə və eləcə də Neftçala rayonunda görülən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda sakinlər öncə rayonda aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar təşəkkürlərini bildiriblər, kəndə mavi yanağın verilməsi, telekommunikasiya qovşağının yenidən qurulması və digər məsələlərlə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər