13 May 2014 13:41
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu ərazisində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) əməkdaşları üçün tikilmiş 8 bloklu 303 mənzilli yeni yaşayış binasında ev alan neftçilərə orderlər təqdim olunub.

Teleqraf.com-un məlumatına görə, mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri də iştirak ediblər.

ARDNŞ hazırda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkətdir. Bu məqsədlə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb.

2007-2013-cü illər ərzində 1744 neftçi ailəsi ARDNŞ tərəfindən mənzillə təmin olunub. Hazırda ARDNŞ üzrə 4454 nəfər işçi mənzil uçotundadır ki, onların da 4006 nəfəri Bakıda, 448 nəfəri isə müxtəlif rayonlarda yaşayır.
Lökbatan və Sahil qəsəbələrində ümumilikdə 499 mənzilli 2 yeni yaşayış binasının tikintisi başa çatmaq üzrədir.

Eyni zamanda Bibiheybət ərazisində 1000-dən artıq ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır.

Naibə


Müəllif: Teleqraf.com