7 Oktyabr 2023 22:26
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın mina terroru nəticəsində qurbanların sayı 331 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Mina terrorunun, xüsusilə dinc sakinlər arasında günahsız qurbanların sayı artmaqda davam edir. 10 noyabr 2020-ci il tarixindən etibarən mina qurbanlarının sayı 331 nəfərə çatıb”, - paylaşımda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər