Havaların kəskin soyuması zamanı elektron stansiyaların işində hər hansı bir fasilənin yaranması mümkün deyil.
Teleqraf.com xəbər veiri ki, bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, havaların kəskin istiləşməsi elektron ATS-lərin fəaliyyətinə mənfi təsir edə bilər. “Bunun baş verməməsi üçün avadanlıq yerləşdirilən otaqlar mütləq sərin olmalıdır. EATS-lər işləyərkən orada kəskin istilik yaranır, onun yerləşdiyi otaq da isti olduqda kəskin isti müşahidə olunur ki, bu zaman stansiyanın fəaliyyətində problemlər dayanır”.
“Aztelekom" İB-nin baş direktorunun 1-ci müavini Zahir Vəliyev isə bildirib ki, bir neçə il öncə müşahidə edilən şaxtalı havalarda belə stansiyaların fəaliyyəti dayanmayıb: “Bu qış havalar elə də soyuq keçmir. Mənfi dərəcədə belə stansiyalar işləyir və bu sahədə hər hansı problem yaşanmayıb”.
Z.Vəliyev, ümumiyyətlə, soyuq şaxtalı havaların rabitə sahəsinə heç bir mənfi təsirinin olmadığını deyib: “Kəskin istilərdən fərqli olaraq soyuq havalarda baş verən qəzaların aradan qaldırılması bir qədər çətin olur. Bu da quyuların donması və dirəklərin sürüşkən, hava rabitə xətlərinin qarla örtülməsi ilə bağlıdır”.
Qeyd edək ki, rabitə sahəsinin payız və qış mövsümünə hazırlıqla əlaqədar tərtib edilən tədbirlər planının icrası uğurla həyata keçirildiyindən bu sahədə hər hansı problem yaşanmayıb.
İLHAMƏ