Yunus Emrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilatçılığı ilə azərbaycanlı tələbələr Türkiyədə
“Cümhuriyyətin 100 illiyi” yürüşündə iştirak edəcəklər.
Bu barədə Teleqraf.com-a açıqlamasında Yunus Emrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç məlumat verib.
"Cümhuriyyətin 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycandan 18 universitet və lisey tələbəsi “Cümhuriyyətin 100 illiyi" yürüşündə iştirak etmək üçün Ankaraya gedib. Azərbaycanlı tələbələr Türkiyədə tarixi bir məqama şahidlik edəcəklər. Cümhuriyyətin təməlini mədəniyyət və elm təşkil edir.
Türkiyə və Azərbaycan həm strateji müttəfiq, həm də böyük bir ailənin üzvləridir. İki qardaş ölkənin bir-birinin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisini yaxından bilməsi strateji əhəmiyyət kəsb edir. Yunus Əmrə İnstitutu Cümhuriyyətin 100 illik yubileyində azərbaycanlı gəncləri Türkiyədə qonaq edib və onlara Cümhuriyyət tarixində xüsusi bir məqama şahidlik etmək imkanı verib. Bu, şübhəsiz ki, tələbələrin həyatında dərin mənalar və izlər buraxacaq. Bir neçə gün Cümhuriyyət tarixini elm və mədəniyyətə əsaslanan araşdırıb hiss edən azərbaycanlı tələbələr onların həyatına təsir edəcək”, - o bildirib.
Qeyd edək ki, azərbaycanlı tələbələr Yunus Əmrə İnstitutunun təşkil etdiyi Cümhuriyyət Yürüşünə qatıldıqdan sonra Ankaranın tarixi və mədəni yerlərini gəzmək imkanı qazanacaqlar.