18 Yanvar 2015 20:52
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə təhsil xərcləri üçün 1711,2 milyon manat, 2014-cü illə müqayisədə 57,7 milyon manat və yaxud 3,5 faiz çox vəsait ayrılıb. Maliyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,1 faiz olacaq.

2015-ci il dövlət büdcəsindən məktəbəqədər təhsilə 165,6 milyon manat, ümumi təhsilə 898,3 milyon manat, ilk-peşə təhsilə 34,3 milyon manat, orta ixtisas təhsilə 44,6 milyon manat, ali təhsilə 39,2 milyon manat, əlavə təhsilə 3,5 milyon manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə 525,7 milyon manat vəsait yönəldiləcək.

Ayrılmış vəsaitlər “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”na və “2013-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”ya uyğun olaraq təhsil sisteminin inkişafına yönəldilmiş dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, təhsil infrastrukturlarının müasir tələblərə uyğun qurulmasına, təhsilin məzmununun yeniləşməsinə və yeni informasiya-kommunukasiya texnologiyalarının tətbiqinə maliyyə təminatı yaradacaq.


Müəllif:

Oxşar xəbərlər