14 Noyabr 2023 14:58
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Bakı Regional Mərkəzində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün maarifləndirmə tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları və “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər iştirak edib.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarx nümayiş etdirilib.

Sonda "yanğınla" mübarizə tədbiri simulyasiya edilib, xilasetmə alət və avadanlıqları barədə tədbir iştirakçılarına məlumat verilib.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər