Bəzən televiziya proqramlarında "uşaq bezlərinə təşəkkür edirik" kimi fikirlər səsləndirilir. Bu nə deməkdir?
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
O qeyd edib ki, eyni zamanda siqaretlə bağlı qanun layihəsi olsa da, marketlərdə siqaret vitrinləri üstümüzə gəlir: "Bununla kim məşğul olacaq?.
Ağsu dolayları ilə bağlı məsələnin də nəhayət həll olunacağına inanıram. Bəzən mənə seçicilərim də deyir ki, getdin danışdın, amma bunun bizə nə xeyri dəydi? Artıq 10-cu dəfə Ağsu dolayları ilə bağlı çıxış etmişəm. Amma nə olsun, heç bir nəticə yoxdur.
Ağsuda kəndlərin ciddi yol problemi də var. Deputat seçiləndən bu məsələləri qaldırıram, amma heç bir irəliləyiş yoxdur".