Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfərin müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.
Qeyd edilib ki, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi həyata keçirilib.