15 Dekabr 2023 11:42
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir şagirdin təhsili üçün il ərzində 7 min manat xərclənir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Bu da demək olar özəl təhsil müəssisəsi ilə eynidir. Amma nəticə aşağıdır. Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır", - nazir bildirib.

Onun sözlərinə görə, bu, paylanma baxımından doğru deyil: "Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər