20 Dekabr 2023 13:34
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçicilərə müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bütün Azərbaycan vətəndaşlarını seçkidə aktiv iştirak etməyə çağırıb.

“Hər bir seçki hüququ olan Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, seçkilərdə iştirak etməlidir. Bizim üçün hərbçidir, cəzaçəkmə olan məhbusun heç bir fəeqi yoxdur. Bizim üçün sadəcə seçici var. Hüququ olan seçici öz hüququnu həyata keçirməlidir”, - M.Pənahov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər