Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir.
Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasındamüzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.