Fransada Xurşudbanu Natəvanın abidəsi ilə bağlı xoşagəlməz xəbərlər gəlir. Bu abidənin barbarcasına sökülməsi, onun yazılarının silinməsi kimi pis niyyətlər irəli sürülür.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, Fransanın irticaçı siyasətini ifşa edən rıçaqları işə salmalıyıq:
“Fransa axırıncı ölkədir ki, mədəni irslə, insan hüquqları ilə bağlı Azərbaycana dərs keçsin. Fransanın ölkəmizə qarşı hər hansı ittiham irəli sürməsi üçün mənəvi haqqı yoxdur”.