15 Yanvar 11:35
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Qazax rayonunun Xanlıqlar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Vidadi Məmməd oğlu Bədəlova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Nöqsanların aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb və aktın bir nüsxəsi sahibkara təqdim edilib. Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi ilə profilaktik söhbət aparılıb, pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər