16 Yanvar 12:04
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluq orqanlarında rayon prokuroru kimi çalışan qadın əməkdaşların sayı 4-ə çatıb.

Bu barədə Teleqraf.com-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xızı və Samux rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Xəyalə Aslanova və Könül Heydərova həmin vəzifələrə təyin olunub.

Qeyd edək ki, Xəyalə Aslanova 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Əvvəllər Binəqədi rayon prokurorluğunda müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə, Baş Prokurorluqda isə idarə prokuroru vəzifələrində çalışıb.

Könül Heydərova isə 2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Bu təyinata qədər Qax və Nizami rayon prokurorluqlarında müstəntiq və prokuror köməkçisi, bundan başqa Baş şəhər prokurorluğunda şöbə prokuroru və Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifələrində çalışıb.

Bununla da, prokurorluq orqanlarında rayon prokuroru kimi çalışan qadın əməkdaşların sayı 4-ə çatıb.

Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyinə xüsusi əhəmiyyət verilməklə gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər