23 Yanvar 2015 13:04
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki şirkət özfəaliyyət formasında turist qrupları yığaraq turlar təşkil edib

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm Assosiasiyası ilə “Şahdağ” turizm kompleksi birgə monitorinqlər keçirir.

Teleqraf.com Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Şahdağ" turizm kompleksinə turizm şirkətləri vasitəsilə səfər edən turistlərin təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərən tuzim şirkətlərinin qanunsuz turlarının qarşısının alınması və kompleksə gələn turistlərin bu sahədə maarifləndirilməsi üçün Azərbaycan Turizm Assosiasiyası ilə "Şahdağ" turizm kompleksi birgə monitorinqlərə başlayıb.

18 yanvar 2015-ci il tarixində keçirilmiş monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən iki turizm şirkəti tərəfindən kompleksə kommersiya xarakterli turların təşkil olunması halları müşahidə olunub. Bununla yanaşı, avtobuslar vasitəsilə özfəaliyyət formasında turist qrupları yığaraq turlar təşkil olunur.

Yuxarıda qeyd olunan xoşagəlməz halların qarşısının alınması və "Şahdağ" turizm kompleksinə səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə həm Azərbaycan, həm də xarici vətəndaşlardan xahiş olunur ki, səfər zamanı turlar təşkil edən şirkətlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığı (lisenziyanı) tələb etsinlər.

Bildiririk ki, monitorinqlər qış turizm mövsümündə davam etdiriləcək və belə hallar aşkar edildiyi təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş turizm şirkətlərinin siyahısı ilə www.azerbaijan.travel internet saytı vasitəsilə tanış ola bilərsiz.


Müəllif:

Oxşar xəbərlər