Azərbaycanda növbədənkənar prezident seçkilərində seçici fəallığının saat 12:00-a olan nəticələri məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O bildirib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 38,57 faizdir. Ümumilikdə 2.499.033 nəfər səs verib.
***
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki,saat 10.00-a qədər respublika üzrə 1259371 nəfər səs verib. Seçici fəallığı 19,44 faiz olub.
Hesabat vermiş məntəqələrin sayı 6493-dür.