25 Yanvar 2015 10:11
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sığorta şirkətləri və vasitəçilərin şikayətləri üzrə vahid sistem yaradılacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlərə baxış şöbəsinin müdiri Mahir Abdullayev bildirib.

Belə bir sistemin yaradılması Maliyyə Nazirliyinin təsdiq etdiyi 2015-2017-ci illərdə sığorta bazarının inkişafına dair fəaliyyət planında nəzərdə tutulub.

M.Abdullayevin qeyd etdiyi kimi, o cümlədən sığorta şirkətlərindən şikayətlərin verilməsində ictimai şəffaflığın artırılmasına kömək edəcək saytın yaradılması üçün təşkilati və maliyyə dəstəyi təmin ediləcək.

O, əlavə edib ki, hazırda smartfonlar üçün proqramların yaradılması üzrə iş aparılır. Həmin proqramlar sığorta qanunvericiliyi haqqında məlumat verəcək, Dövlət Sığorta Nəzarəti Xidmıətinə ərizə və şikayətlərlə müraciət etməyə, sığorta vəziyyəti barədə sığortaçıya məlumat verməyə və s. imkan verəcək.

Sonrakı illərdə əhalinin sığorta sahəsində məlumatlandırılması üzrə işlər davam etdiriləcək. Onun sözlərinə görə, ümumilikdə tədbirlər planı sığorta olunanların hüquq və maraqlarının müdafiəsinə yönəlib.

Abdullayevin qeyd etdiyi kimi, tədbirlər planının digər vəzifəsi ölkədə sığortanın səviyyəsini dünya standartlarına çatdırmaqdır.

Xüsusilə, İcbari Sığorta Bürosunun avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortalanmasının (ASMMS) informasiya sistemi Daxili İşlər Nazirliyinin müvafiq sistemi ilə inteqrasiya olunacaq və bunun üçün qanunvericiliyinə düzəliş və əlavələr ediləcək.

O deyib: "Vətəndaşların üzləşdikləri problemlərdən biri yol-qəza hadisələri zamanı arayışların alınmasıdır. Sığorta şirkətləri sorğu göndərirlər, lakin cavabı gec alırlar və ya bu işlə vətəndaşlar məşğul olmalı olurlar. İSB və Daxili İşlər Nazirliyinin sistemlərinin inteqrasiyası arayışların alınmasına yardım edəcək".

Eyni zamanda, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov qeyd edib ki, ödəmələrin həyata keçirilməsi zamanı sığorta şirkətləri və onun müştəriləri arasında baş verən münaqişələr könüllü sığortanın inkişafına mane olur, çünki bu prosedurların hamısı çox vaxt aparır:

"Tədbirlər planına daxil edilən əsas müddəalardan biri [nəqliyyat] telematikasından istifadədir. Bu, avtomobillərdə quraşdırılan qabaqcıl texnologiyadır, qəzaya qədər on saniyə ərzində, qəzadan sonra avtomobilin trayektoriyasını, yol qəzası zamanı dəyən mümkün ziyanı müəyyən etməyə və s. imkan verir".

Onun sözlərinə görə, nəqliyyatın peyk monitorinqi (nəqliyyat telematikası) sığorta şirkətlərinin işini sadələşdirəcək və müştərilərlə mübahisələrin yaranmasından qaçmağa imkan verəcək.


Müəllif:

Oxşar xəbərlər