Bakıda qapalı parklanma yerlərində təhlükəsizlik tədbirləri gücləndirilməsinə başlanılıb.
Artıq "Azadlıq" meydanında yerləşən ikimərtəbəli yeraltı parklanma yerində avtomobillər girişdə yoxlanılır.
Belə ki, giriş zamanı avtomobilin baqajı mühafizəçi tərəfindən yoxlanılır.
Mühafizəçi təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin yayda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı olduğunu deyib.