20 Fevral 11:20
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər