20 Fevral 16:50
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Binədəqi qəsəbəsi, Union park yaşayış kompleksinin sakinləri "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Ruslan müəllim!

Bir müddət öncə yuxarıda qeyd etdiyimiz ünvanda yerləşən yaşadığımız binanın qaz təchizatında ciddi problemlər, hətta təhlükəli durumun yaranması barədə sizə "Facebook" sosial şəbəkə vasitəsilə müraciət ünvanlamışdıq. Elə həmin gün sizin tapşırığınıza əsasən qeyri-iş vaxtı olmasına baxmayaraq "Azəriqaz" İstehsal Birliyinin Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz Istismarı Departamentlərinin rəisləri Zamin Mehrəliyev və Rauf Əhmədov binamıza gəldilər. Həmin dövrdə binanın qaz təchizatı şəbəkəsində quraşdırılmış tənzimləyicinin düzgün işləməməsi nəticəsində binaya verilən qazın təziqində qalxmalar, enmələr müşahidə olunurdu. Yaranmış durum dəyərləndiriləndən sonra havanın soyuqluğu nəzərə alınaraq qəza xidmətinin əməkdaşları səhərədək tənzimləyicini nəzarətdə saxlayaraq binanın qaz təchizatını təmin etdilər.

Növbəti gün Bakı Regional Qaz Istismarı Departamentinin rəisi təkrarən binaya gəldi və özü ilə gətirdiyi qaz tənzimləyicisini binanın qaz təchizatı xəttinə qoşdurdu. Demək olar ki, hər gün departamentin əməkdaşları bir neçə dəfə binada olaraq qaz təchizatının vəziyyəti ilə tanış olurdular. Problemlər qismən həll olunsa da, tam aradan qaldırılmamışdır. Nəhayət, 18.02.2024-cü il tarixdə istirahət günü olmasına baxmayaraq, Rauf müəllim bir neçə mütəxəssislə təkrarən binamıza gəldi, sakinlərlə söhbət edib binanın qaz təchizatında mövcud olan problemlərlə bağlı müşavirə keçirdi və bildirdi ki, sabah biananın qaz təchizatında olan problemlər əsaslı şəkildə aradan qaldırılacaqdır, elə də oldu.

19.02.2024-cü ildə yaşayış kompleksimizə 2 ədəd yeni qaz tənzimləyici gətirildi və operativ şəkildə qaz təchizatı xətlərinə qoşuldu. Məqsədimiz Rauf müəllimi və yaxud Azəriqaz İstehsalat Birliyinin rəhbərliyini tərif xatirinə tərifləmək deyil. Sakinlərimiz Sizin başçılıq etdiyiniz birliyin fəaliyyətində olan operativliyi, insanların probemlərinə qayğı ilə yanaşılmasını əyani şəkildə öz gözləri ilə gördülər. İnsanların keçirdikləri hiss və duyğuları hər hansı formada çatdırmaq çox çətindir. Lakin qeyd etmək istəyirik ki, vəzifə başında olan insanların bucür sadəliyi, vətəndaşların qarşılaşdıqları problemlərə operativ reaksiya verməsi həqiqətən təqdirə layiqdir və bunu biz sakinlər diqqətsiz qoya bilməzdik. Rəhbərlik etdiyiniz birliyin əməkdaşlarının öz xidməti vəzifələrinin icrasına bucür vicdanla, operativ və təmənnasız yanaşması Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması barədə göstərişlərinin layiqincə yerinə yetirilməsinin bariz nümunəsidir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hörmətli Ruslan müəllim, şəxsən sizə, Rauf Əhmədova və zəhməti keçən hər bir əməkdaşınıza kompleksimizin 2000-dən çox sakini adından təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. sizə işlərinizdə uğurlar arzulayırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər