27 Fevral 11:17
11 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İbrahim Əsədli bizim klinikanın həkimidir. Hazırda xəstələri qəbul edir, danışmaq imkanı yoxdur. Mediada yazıldığı kimi xəstəxananın qarşısında həyat yoldaşına şiddət göstərdiyinin şahidi olmamışıq”.

Bu barədə Teleqraf.com-a “Loğmed” klinikasının qeydiyyat şöbəsindən bildirilib.

Həkimin özü ilə əlaqə saxlasaq da köməkçisi hazırda onun yanında pasiyentləri olduğu üçün danışa bilmədiyini deyib.

Qeyd edək ki, “Unikal”ın yaydığı xəbərə görə, tanınmış həkim-onkoloq İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə “Loğmed” klinikasının qarşısında həkim həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər