7 Mart 09:18
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toplum TV-nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində sonra bir neçə şəxs barəsində cinayət işi başlanılıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu işlə bağlı Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov, İlkin Əhmədovun barəsində cinayət işi açılıb.

Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittihamı ilə ittiham verdiliyi deyilir.

Bundan əlavə, Akif Qurbanovun da barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Toplum TV-də axtarış aparıb. Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Bundan başqa, yayılan məlumatlara görə, Akif Qurbanov və Fərid İsmayılovun yaşadıqları ünvanlarda da axtarış aparıldığı deyilir.


Müəllif: Hacı Zeynalov