19 Aprel 12:57
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatını qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar ediblər, təkliflər səsləndiriblər.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.

Hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir əlavə olunub, Milli Məclisin deputatlarının fikirləri əsasında 2 yeni tədbir əlavə olunub. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyətlə bağlı 45 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib, 1 analitik fəaliyyətin nəticələri rəsmiləşdirilməyib.

Hesabat ilində audit fəaliyyəti sahəsində auditin hər üç növü - səmərəlilik, maliyyə, uyğunluq auditi tətbiq olunmaqla ümumilikdə 41 audit başa çatdırılıb, bir neçə auditdə informasiya sistemi auditinin bəzi elementlərindən istifadə olunub.

Daha sonr isə deputatlar hesabatla bağlı çıxışlar edəcəklər.

***

11:00

Hesablama palatası parlamentdə hesabat verəcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə oluncaq.

Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər