14 İyun 14:37
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakıda aparılan genişmiqyaslı abadlıq quruculuq işləri çərçivəsində metronun “28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

Bu barədə Teleqraf.com-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər