09:50
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcək İran-İsrail hərbi toqquşması qaçılmaz olacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İlkin məlumata görə, İsrail İranın uranın zənginləşdirilməsi və neft istehsalı mərkəzlərinə zərbə vurmayıb. Digər yandan, itkilər barədə səhih məlumat yoxdur. Bu o deməkdir ki, İsrail ABŞ-ın da məsləhətini nəzərə alaraq, İrana məhdud zərbə vurub və Yaxın Şərqdə indiki şərtlər altında hələlik bu ölkə ilə müharibənin davam etdirilməsini istəmir. Məsələnin bununla da yekunlaşması Tehrandan asılı olacaq.

İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir. Buna görə də, İsrailin zərbələrinin İranın hərbi infrastukturuna ciddi xələl yetirmədiyi müəyyənləşərsə, Tehran düşməninə qarşı növbəti zərbədən çəkinəcək. Ancaq bu, son olmayacaq. İsrail Yaxın Şərqdəki düşmənlərinə qarşı müharibəni davam etdirir, İranın müxtəlif ölkələrdəki silahlı qruplarını neytrallaşdırır. Deməli, hansısa mərhələdə İran-İsral qarşdurması yenidən qaçılmaz olacaq”, - analitik bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər