25 Oktyabr 15:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Azərbaycandakı səfirliyində Cammu və Kəşmirin İşğal (Qara) Günü ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin
çıxışında Hindistanın qeyri-qanuni işğalı altında olan Cammu və Kəşmirin acınacaqlı tarixindən söhbət açıb.

O, 75 il ərzində Hindistanın Pakistan xalqını sıxışdırmaq üçün müxtəlif cəhdlər göstərdiyini açıqlayıb: "Habelə son beş ildə Hindistan qəddar və qeyri-qanuni işğalını davam etdirmək üçün yenidən səylər göstərir".

Qasım Mohiuddin həmçinin Pakistanın Hindistanın işğalı altında olan Cammu və Kəşmirin məzlum xalqına göstərdiyi davamlı dəstəyə görə qardaş Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirib: "Sizin dəstəyiniz onlar üçün böyük güc mənbəyidir".

Qeyd edək ki, 1947-ci ilin oktyabrın 27-də Hindistanın işğalını və zərər çəkmiş əhalinin statistikasını, eyni zamanda, 2019-cu ilin 5 avqust hadisələrini özündə əks etdirən videoçarx nümayiş edilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər