25 Oktyabr 15:00
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli oktyabrın 24-də Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bədnam qətnaməni kəskin tənqid edib.

Teleqraf.com xəbər verir ki, AP-nin təhriflərə yol verdiyini bildirən italiyalı diplomat Ermənistanı işğalçı adlandırıb.

“Qətnamə tarixi və hüquqi təhriflərlə doludur. Məhz Ermənistan təkcə Qarabağı deyil, həm də yalnız azərbaycanlıların yaşadığı (ətraf) əraziləri işğal edib. Onların (ermənilərin Qarabağdan) getməsinə görə məsuliyyəti Azərbaycan yox, Rusiyanın dəstəklədiyi erməni separatçıları daşıyır. 750 mindən çox azərbaycanlı öz torpaqlarını tərk etməli olmuşdu”, - Çirielli bildirib.

AP-nin başqa bir absurd iddiasını təkzib edən nazir müavininin sözlərinə görə, Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur və ərazilər məsələsi həll olunub: “Ermənistan qanunsuz olaraq saxladığı kəndləri Azərbaycana verməklə bunu təsdiqləyib”.

Edmondo Çirielli Azərbaycanın İtaliyanın strateji tərəfdaşı olduğunu da vurğulayıb:

“Azərbaycan təkcə enerji və iqtisadi baxımından yox, həm də siyasi baxımdan İtaliya və Avropa Birliyinin strateji tərəfdaşıdır, çünki Rusiya qoşunlarının Qafqazda yerləşdirilməsinin qarşısını alır. Azərbaycandan fərqli olaraq, Rusiya qoşunları Ermənistanda və işğal olunmuş Gürcüstan əraziləri - Abxaziya və Cənubi Osetiyadadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər