09:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

O, unun uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra indiki Bakı Musiqi Akademiyasına daxil olub.

1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o,2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.

Şahlar Quliyev “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görulüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər