07:35
308
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

"Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı", - məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər