İrana hava zərbələri endirildiyi bir vaxtda İsrail Baş nazir Benyamin Netanyahunun və digər rəsmi şəxslərin bunkerdə fotosu yayılıb.
Teleqraf.com xəbər verir ki, fotoşəkildə Netanyahunun Təl-Əvivdəki Kirya hərbi bazasının altındakı bunkerdə müdafiə naziri Yoav Qallant və İsrail ordusunun komandirləri ilə görüşü əks olunub.
Qeyd edək ki, İsrail ordusunun İrana aviasiya zərbələrinin ikinci dalğası davam edir.