11:12
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gecədə İrana hücumda məqsədlərə uğurla nail olunub.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqari deyib.

“Cavab zərbələri başa çatıb və məqsədə nail olunub”, - admiral bildirib.

Haqari qeyd edib ki, artıq İsrailin İranda da daha geniş fəaliyyət azadlığı var:

“İran İsrailə iki dəfə zərbə endirib və bunun əvəzini ödəyib. Biz Qəzza və Livandakı müharibənin məqsədlərinə yönəlmişik. Geniş regional eskalasiyaya təkan verməyə davam edən İrandır”.

Onun sözlərinə görə, İranda bir gecədə vurulan hədəflər geniş hədəflər sırasından seçilib.

“Biz əlavə hədəfləri necə seçəcəyimizi və lazım gələrsə, onları vuracağımızı bilirik. Bu, açıq mesajdır, İsraili təhdid edən hər kəs bunun bədəlini ağır ödəyəcək”.

İsrail ordusunun zərbələri İranın bu ayın əvvəli və apreldə yəhudi dövlətinə birbaşa hücumlarına, eləcə də Yaxın Şərqdəki proksi qüvvələrinin davamlı hücumlarına cavab olaraq Tehranın raket istehsal sahələri və hava hücumundan müdafiə sistemlərini hədəf alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər