13:51
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamentindəki müxalifət fraksiyasının rəhbəri Yair Lapid İrana hücumun miqyasına görə Benyamin Netanyahu hökumətini tənqid edib.

Teleqraf.com xəbər verir ki, siyasətçi hücumun kifayət qədər güclü olmadığını, strateji və iqtisadi hədəflərdən yan keçdiyini deyib.

“İrandakı strateji və iqtisadi hədəflərə hücum etməmək qərarı səhv idi. İrandan daha yüksək bədəl tələb edə bilərdik və etməliydik. İran şər oxuna rəhbərlik edir və təcavüzlərinə görə ağır bədəl ödəməlidir”, - Lapid vurğulayıb.

Həmçinin 2022-ci ilin iyul-dekabr ayları arasında baş nazir vəzifəsində çalışmış Lapid İsrail Hərbi Hava Qüvvələrinin işini yüksək qiymətləndirib.

“Düşmənlərimizə İsrail Müdafiə Qüvvələrinin güclü olduğunu, güclü zərbələr endirə və istənilən yerdə fəaliyyət göstərə biləcəyini göstərə bildilər”, - fraksiya rəhbəri qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər