10:31
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Kobaxidze müxalifəti ölkədə keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, müxalifəti əxlaqsız təbliğatda da ittiham edib.

“Mən müxalifəti Mərkəzi Seçki Komissiyasının açıqlayacağı seçkilərin nəticələri ilə barışmağa və qəbul etməyə çağırıram”, - Kobaxidze bildirib.

Sorğulara istinad edən baş nazir əlavə edib ki, hakim “Gürcü Arzusu” Partiyası əhali arasında 60 faiz dəstək alır.

“Bir daha xatırlatmalıyıq ki, bu, ən fundamental və həlledici seçkidir. Bu, 2012-ci il seçkilərinə (“Gürcü Arzusu”nu hakimiyyətə gətirən seçki – red.) bənzəyir, bu seçkilərdə bir daha ölkənin inkişaf istiqaməti müəyyən edilməlidir. Bu, müharibə ilə sülh, əxlaqsız təbliğat və ənənəvi dəyərlər arasında referendumdur”, - Kobaxidze vurğulayıb.

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Prosesdə 18 partiya, o cümlədən 12 ildir hakimiyyətdə olan “Gürcü Arzusu” iştirak edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər