01:48
231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Avropa İttifaqına üzvlük yolunu dəyişməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Belqrada səfəri zamanı bildirib.

Onun sözlərinə görə, nə qədər ki, o, Serbiyanın rəhbəridir, ölkə daxili və xarici siyasətinin əsas hədəflərini dəyişməyəcək.

"Bu o deməkdir ki, bizim Avropa yolu və Avropa Serbiyasına sadiqliyimiz bizim inkişafımızın açarıdır, Serbiya bu yolda səylə çalışacaq və nəticələrə ümid edəcək" - Vuçiç deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər