12:23
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Salome Zurabişvili bu gün Gürcüstanın qalib gələcəyinə əminliyini ifadə edərək parlament seçkilərində səs verib.

Teleqraf.com xəbər verir ki, prezident seçkilərdə demokratik qüvvələrin qalib gləcəyinə əminliyini bildirib.

“Bu dəfə kiməsə yox, nəyəsə səs verdim. Mən 22 il əvvəl gəldiyim, əcdadlarımın xeyir-dua verdiyi yeni Gürcüstana səs verdim. Bütün Gürcüstanın dua etdiyi o Gürcüstanın lehinə səs verdim. Axşam hamımız qalib olacağıq. Heç kim uduzmayacaq, çünki Gürcüstan qalib gələcək”, - Zurabişvili vurğulayıb.

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Prosesdə 18 partiya, o cümlədən 12 ildir iqtidarda olan hakim “Gürcü Arzusu” iştirak edir. Prezident seçkilərdə müxalifəti dəstəkləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər