13:40
238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilin axırına qədər imzalana bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşündə bi məsələ müzakirə edilib:

“Xarici işlər nazirləri bu müddətdə yerdə qalan məsələləri razılaşdırmağa çalışacaqlar, liderlər bu barədə onlara tapşırıq veriblər. Son gəlişmələrdən sonra demək olar ki, artıq iki ölkə arasında müharibə ehtimalı aşağı səviyyədədir.

Tərəflər arasında etimad mühiti formalaşir. Liderlərin Kazan görüşünün bu baxımdan müsbət nəticələri olacaq.

ABŞ da sülh prosesini Türkiyə ilə müzakirə edir. Dövlət katibi Entoni Blinkenin bu çərçivədə türk həmkarı Hakan Fidana telefon zəngi diqqət çəkdi. İki ölkənin baş diplomatının telefon danışığında Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə yanaşı, İrəvan-Ankara normallaşması da müzakirə olunub. ABŞ Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında maraqlıdır.

Ankaranın mövqeyinə görə, bu, Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasına bağlıdır. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sentyabrda Nyu-Yorkda görüşdüyü Paşinyana da bunu demişdi. Hakan Fidanın Türkiyənin bu mövqeyini bir daha Blinkenə xatırlatdığını düşünürəm. Sülh müqaviləsi imzalansa, Türkiyə-Ermənistan sərhədləri də açıla bilər. Bunun ilin sonunadək olması mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər