12:45
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail üçüncü ölkələr vasitəsilə Tehranı İrana gözlənilən hücumla bağlı xəbərdar edib və buna cavab verməməyi tələb edib, əks halda daha güclü zərbə vuracağı ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Məqalədə sitat gətirilən üç mənbə İsrailin mesajının Hollandiya xarici işlər naziri də daxil olmaqla bir neçə üçüncü tərəf vasitəsilə İrana ötürüldüyünü bildirib.

“İsraillilər iranlılara ümumilikdə nəyə hücum edəcəklərini, nəyə etməyəcəklərini əvvəlcədən açıqlayıblar”, - mənbə qeyd edir.

“Axios”a danışan iki mənbəyə görə, İsrail həmçinin İrana xəbərdarlıq edib ki, cavab addımı atacağı təqdirdə növbəti zərbələr daha güclü olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər