25 Oktyabr 19:24
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfər etmək istəyini qəbul etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədəyerli mətbuatda məlumat yayılıb.

Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenskinin bu addımı Quterreşin Kazanda keçirilən BRIKS samiti çərçivəsində onun Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, dünya liderlərinə Ukraynada ədalətli sülhün əldə edilməsinə nail olmaqla bağlı çağırış etməsi olub.

Qeyd edək ki, Ukraynanın Xarici İşlər Nazirliyi Quterreşin Ukraynada sülh üzrə İsveçrədə keçirilən Sammitdə iştirakdan imtina edərək, bunun əvəzində Rusiyanın təşkil etdiyi Kazan sammitinə qatılmasını qəbulolunmaz adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər