25 Oktyabr 23:57
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukrayna ərazisindən Avropaya qaz nəqlinin davamı üçün yeni müqavilə bağlanmalıdır.

Teleqraf.com xəbər verir ki, bu şərti Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında qeyd edib.

“Təchizatların davam etməsi üçün yeni müqavilə imzalanmalıdır, sadəcə yeni müqavilə. İkincisi, iyul ayından bu güclərin bronlaşdırılmasına başlamaq lazım idi ki, kimsə onlardan istifadə edə bilsin”, - deyə dövlət başçısı bildirib.

O vurğulayıb ki, Avropa İttifaqında enerji ilə bağlı müəyyən qanunlar var və Kiyev onları həyata keçirmək öhdəliyini üzərinə götürüb.


Müəllif: Arzu

Oxşar xəbərlər