25 Oktyabr 18:00
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin fevralında belaruslu həmkarı Aleksandr Lukaşenkoya Belarus ərazisindən Ukraynaya hücum edəcəyi barədə xəbərdarlıq etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC-yə Lukaşenko bildirib.

“Bir neçə min rus əsgərinin iştirakı ilə hərbi təlimlər keçirilirdi. Putin həmin qoşunları Belarusun cənubunda, Ukrayna ilə sərhəddəki mövqelərindən çıxarmağa başladı. Sonra həmin qoşunların bir hissəsini Kiyevə yönəltdi”, - Belarus lideri bildirib.

Onun sözlərinə görə, rus qoşunlarının Belarus ərazisini necə tərk edəcəyi yalnız Putindən asılı idi. Lukaşenko qeyd edib ki, o, bunu Kiyev və ya Minsk vasitəsilə edə bilərdi.

Jurnalist Belarus prezidentinin baş verənlərə aydınlıq gətirmək üçün həmin anda Putinə zəng edib-etmədiyini soruşub:

“Yox. Mənə zəng etmədi, mən də ona zəng eləmədim. Onlar onun qoşunları idi və istədiyi yerə çıxarmaq hüququna malik idi”.

BBC xatırladır ki, müharibə dövründə Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirib. Bununla belə, Lukaşenko əmin edib ki, Putin onun razılığı olmadan Ukraynaya qarşı münaqişədə bu silahlardan istifadə edə bilməyəcək.

“Özü də Belarus ərazisinə bir (əcnəbi) əsgərin ayağı dəysə, buna əl atmağa hazırdır. Amma biz heç kimə hücum etməyi planlaşdırmırıq”, - Lukaşenko vurğulayıb.

2022-ci ilin martında Kremldə Putinlə görüşü zamanı Lukaşenko Kiyevin Rusiya və Belarus qoşunlarına hücum hazırladığını söyləmişdi.

“Əgər əməliyyata 6 saat qalmış qabaqlayıcı zərbə olmasaydı, hərbi təlimlər keçirən Belarus və Rusiya qoşunlarına hücum edərdilər. Ona görə də bu müharibəni biz başlamamışıq, vicdanımız təmizdir”, - dövlət başçısı qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər