10:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şəhidlərin ailə üzvlərinin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəhid ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması və sosial inteqrasiyasına dəstək məqsədi daşıyan tədbir nazirlikdə üçüncü dəfə təşkil olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Renat Rüstəmov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova açılış mərasimində çıxış ediblər. Çıxışlarda Zəfər bayramı ərəfəsində təşkil olunan tədbirin şəhidlərə minnətdarlığın bir ifadəsi olduğu bildirilib və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Sərgi-satış yarmarkasında 10 şəhid ailəsi üzvünün 215 rəsm və əl işi təqdim edilib. Nazirlik və tabeliyindəki qurumların əməkdaşları həmin məhsulları alaraq onların fəaliyyətlərinə dəstək olublar.

Tədbir çərçivəsində 55 şəhid övladına robototexnika və təsviri sənət növləri üzrə master-klaslar da keçirilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər