Qarabağ Universitetinin rektoru Şahin Bayramov sosial şəbəkə paylaşımında qəbul imtahanında 654 bal toplayan Əli Rüstəmzadəni universitetin ilk tələbəsi adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat mediada yayılıb.
Qeyd edək ki, Əli Rüstəmzadə Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunudur.
Onun ixtisas seçimi prosesi başlamadan artıq Qarabağ Universitetinin tələbəsi adlandırılması birmənalı qarşılanmayıb. Bu xəbər sosial şəbəkələrdə tənqidlə üzləşib.
Məsələyə münasibət öyrənmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Teleqraf.com-a bildirdi ki, ixtisas seçimi qəbul imtahanlarından sonra həyata keçirilir:
“Ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ixtisas seçimindən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunur”.