15 İyun 16:17
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc feysbukda paylaşım edib.

Vəkilin sözlərinə görə, Bakı şəhərinin Xətai Rayon Məhkəməsi bununla bağlı qərar qəbul edib:

“Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək”.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Toplum TV-nin təsisçisi olan Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər