COP29 komandası ümid edir ki, Bakıda keçiriləcək konfrans iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli təsir göstərə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, COP29 Təşkilat Komitəsinin Katibliyinin rəhbəri Həbib Mikayıllı Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.
"COP29 tarixi olacaq, çünki Bakıda keçiriləcək konfransın əsas mövzusu maliyyə məsələləridir: “Maliyyələşdirmə məsələlərini həll etmədən iqlim dəyişikliyinin mənfi nəticələrini aradan qaldırmaq mümkün deyil”.
Onun sözlərinə görə, altı ay ərzində bizim COP29 komandamız müxtəlif danışıqlar qruplarına daxil olan ölkələrlə məsləhətləşmələr apararaq onların fikirlərini dinləmək, prioritetlərini, mövqelərini anlamaq üçün dünyanın müxtəlif yerlərinə səfərlər edib və bu səfərlər çox uğurlu olub.