21 İyun 11:07
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Məhəmməd Əkbərov Vəkillər Kollegiyasına üzv seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Vəkillərin təntənəli and içmə tədbirində açıqlanıb.
Bundan başqa, uzun illər məhkəmə hakimi işləmiş Ələddin Cəfərovun da Vəkillər Kollegiyasına üzv seçildiyi açıqlanıb.

Qeyd edək ki, Məhəmməd Əkbərov uzun illər məhkəmə sistemində hakim vəzifəsində işləyib. Onun sonuncu iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. Məhəmməd Əkbərov bu ilin əvvəlində yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, Məhəmməd Əkbərov 5 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. O, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.

Xatırladaq ki, Ələddin Cəfərov uzun illər Nəsimi, Yasamal və Nizam rayonlarında məhkəmə sədri işləyib. O, 2022-ci ildə yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Ələddin Cəfərov həmçinin Hakimləri Assosiasiyaları İttifaqının sədridir.

Bundan başqa, uzun illər məhkəmə sistemində çalışmış hakimlər - Qələmdər Abbasov, Natavan Tağıyeva, İsa Məmmədov və Telli İsmayılova da Vəkillər Kollegiyasına üzv seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər