Ağstafada toylarında zəhərlənən bəy və gəlin evə buraxılıb.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bəy və gəlin stabil vəziyyətdə evə buraxılıblar.
Qeyd edək ki, Ağstafada 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların qidadan zəhərləndiyi bildirilib. Toy mərasimində zəhərlənənlərin içərisində bəy və gəlin də olub. İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.